Automechanika Baku
Banner

3 - 5 mart 2027

Bakı Ekspo Mərkəzi

Sim Racing yarışı

 

YARIŞDA İŞTİRAK ÜÇÜN BURADAN QEYDİYYATDAN KEÇİN


SIM RACING YARIŞI


Automechanika Baku 2027 sərgisi çərçivəsində təşkil olunan, avtomobil idmanı və simulyasiya texnologiyalarına maraq göstərən iştirakçıları bir araya gətirən virtual avtomobil yarışı müsabiqəsidir. Peşəkar simulyatorla təchiz olunmuş Sim Racing zonası iştirakçılara virtual yarışlarda sürücülük bacarıqlarını və rəqabət ruhunu nümayiş etdirmək imkanı yaradacaq. Yarışlar olmadığı vaxtlarda Sim Racing zonası ziyarətçilər üçün açıq olacaq. Yerində qeydiyyatdan keçən ziyarətçilər peşəkar simulyatorlarda virtual traslarda sürüş təcrübəsi qazana biləcəklər.

YARIŞMANIN FORMATI

  • Yarışda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur.
  • Müsabiqə sərginin hər günü iki ayrı yarış sessiyası formatında keçiriləcək.
  • Hər yarışda eyni vaxtda altı iştirakçı mübarizə aparacaq.
  • Yarışdan əvvəl iştirakçılara texniki təlimat veriləcək və yarış qaydaları izah olunacaq.
  • Yarış zamanı qaydalara riayət olunmasına yarış hakimi nəzarət edəcək.
  • Yarış nəticələri müəyyən edilmiş idman və texniki reqlament əsasında müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
  • Hər yarışın nəticələrinə əsasən I, II və III yerlərin qalibləri müəyyən edilərək mükafatlandırılacaqlar.


YARIŞ QAYDALARI 

  • Bütün iştirakçılar eyni texniki parametrlərə malik simulyatorlarda və bərabər yarış şəraitində mübarizə aparmalıdırlar.
  • İştirakçılar yarış hakiminin göstərişlərinə və müəyyən edilmiş texniki tələblərə əməl etməlidirlər.
  • Yarış zamanı ədalətli rəqabət prinsiplərinə riayət olunmalıdır.
  • Qəsdən toqquşmalara, rəqiblərə mane olmağa və qaydalara zidd üsullarla üstünlük əldə etməyə yol verilmir.
  • Simulyatorların texniki parametrlərinin icazəsiz dəyişdirilməsi qadağandır.
  • Qaydaların pozulması xəbərdarlıq, vaxt cəriməsi və ya diskvalifikasiya ilə nəticələnə bilər.


Yarışın yekun nəticələri texniki göstəricilər, finiş mövqeləri və qaydalara riayət olunması əsasında müəyyən ediləcək. Mübahisəli hallar yarış hakimi və Təşkilat Komitəsi tərəfindən nəzərdən keçiriləcək.

MÜKAFATLANDIRMA

Yarışmanın nəticələri müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Hər yarışın yekun nəticələrinə əsasən I, II və III yerləri tutan iştirakçılara müvafiq pul mükafatları və sertifikatlar təqdim olunacaq.
 

Baş sponsor

Rəsmi Radio Partnyoru

Media dəstəyi

Tərəfdaşlar